Paulinyodan "İnter" açıqlaması

Paulinyodan "İnter" açıqlaması
"Corinthians"ın diqqət çəkən oyunçularından Paulinyo son günlərdə adının tez-tez birlikdə çəkildiyi "İnter"ə yaşıl işıq yandırdı.
"La Gazzetta dello Sport"a danışan braziliyalı ulduz, ""İnter" dünya səviyyəsində bir klubdur. Ronaldo, Julio Cesar, Maicon və Lucio kimi Braziliya futbolunun əhəmiyyətli adları o formanı geydi. "İnter"i kim istəməz ki?", ifadələrini işlədib.
"Əgər məni istəyirlərsə və uyğun bir təklif etsələr bunu düşünərəm. Braziliyada və klubumda xoşbəxtəm, amma inkişaf edən şərtlər qərarımı verməyimdə əhəmiyyətli rol oynayacaq", deyə futbolçu bildirib.
Paulinyonun klubu ilə 2015-ci ilə qədər müqaviləsi var.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər