Paris-2024: Bu gün Azərbaycanın ilk təmsilçisi mübarizəyə start verir

Paris-2024: Bu gün Azərbaycanın ilk təmsilçisi mübarizəyə start verir

Bu gün Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.

Fanat.Az-ın məlumatına görə, kamandan oxatma növündə Yaylagül Ramazanova nəyə qadir olduğunu göstərməyə çalışacaq.

O, 64 idmançının qatılacağı sıralama turuna 30-cu cütdə başlayacaq. Ramazanova Türkiyə təmsilçisi Elif Berra Gokkirlə paralel çıxış edəcək. Bu raund Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər