Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı və basketbol millisi mübarizə aparacaq

Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı və basketbol millisi mübarizə aparacaq

Bu gün Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

Fanat.Az xəbər verir ki, öncə avarçəkənimiz Diana Dımçenko mübarizəyə başlayacaq.

Təmsilçimiz C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq.

Daha sonra Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə qatılacaq.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi 7-ci matçında Kanada ilə üz-üzə gələcək. Bununla da Ratomir Deliçin yetirmələri qrupdakı görüşlərini yekunlaşdıracaqlar.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər