Paris-2024: Azərbaycan təmsilçisi mübarizəni dayandırdı

Paris-2024: Azərbaycan təmsilçisi mübarizəni dayandırdı

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Paris-2024-də 25 metr məsafəyə atəşaçma yarışında mübarizə aparıb.

Fanat.Az xəbər verir ki, idmançımız ikinci mərhələdə 291 xal toplayıb.

Beləliklə, iki mərhələnin yekunlarına görə ümumilikdə 580 xal toplayan atıcımız 29 iştirakçı arasında 18-ci olub və finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, R.Lunyov Paris-2024-də daha əvvəl pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında 571 xal toplayaraq 33 iştirakçı arasında 24-cü olmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər