Paris-2024: Azərbaycan gimnastı 18-ci oldu

Paris-2024: Azərbaycan gimnastı 18-ci oldu

Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 18-ci yeri tutub.

Fanat.Az xəbər verir ki, 23 yaşlı idmançı son olaraq gürzlə bacarığını göstərdikdən sonra 26.750 xala layiq görülüb.

Ümumilikdə 117.850 xal toplayan gimnastımız yekun sıralamada 18-ci yeri tutaraq, ilk "onluq"dan kənardan qalıb və finala yüksələ bilməyib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər