Paris-2024: Azərbaycan cüdoçusu qələbə ilə başladı

Paris-2024: Azərbaycan cüdoçusu qələbə ilə başladı

Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan cüdoçusu Elcan Hacıyev mübarizəyə başlayıb.

90 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Türkiyə təmsilçisi Mixael Zqankla qüvvəsini sınayıb. Elcan çətin qələbə sayəsində mərhələ adlayaraq 1/8-ə yüksəlib.  Bu mərhədə idmançımızın rəqibi Fransa cüdoçusu Nqayap Xambu Maksim-Qael olacaq. 

Qeyd edək ki, Azərbaycan cüdoçuları Paris-2024-də bir medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə çempion tituluna yiyələnib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər