Paris-2024: Azərbaycan cüdoçusu ipponla qalib gəldi

Paris-2024: Azərbaycan cüdoçusu ipponla qalib gəldi

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Fanat.Az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan dünya çempionu 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) ilə üz-üzə gəlib.

Rəqibini elə ilk saniyələrdə ippon fəndi ilə məğlub edən Kotsoyev 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi Peter Paltçik (İsrail) - Aurelien Disse (Fransa) cütünün qalibi olacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər