Paris-2024: Azərbaycan boksçusu 1/4 finalda

Paris-2024: Azərbaycan boksçusu 1/4 finalda

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Fanat.Az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində kubalı Xulio Sesar la Krusla üz-üzə gəlib.

İkiqat olimpiya çempionu olan rəqibinə gələn təmsilçimiz adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər