Paris-2024: Azərbaycan boksçularının ilk rəqibləri bilindi

Paris-2024: Azərbaycan boksçularının ilk rəqibləri bilindi

Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkü atılıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan idmançılarının da ilk rəqibləri müəyyənləşib.

Millimiz yarışda 5 kişi boksçu ilə mübarizə aparacaq. Olimpiadada bu növ üzrə döyüşlər iyulun 27-də başlayacaq və avqustun 11-də başa çatacaq.

 

1/8 final

28 iyul

92 kq

Alfonso Dominqes – Xulio Sesar la Krus (Kuba)

 

29 iyul

63,5 kq

Malik Həsənov – Laşa Quruli (Gürcüstan)

92 kq

Məhəmməd Abdullayev – Nelvi Tiafak (Almaniya)

 

30 iyul

51 kq

Nicat Hüseynov – Yunior Alkantara Reyes (Dominikan Respublikası)

80 kq

Murad Allahverdiyev – Abdelrahman Abdelqavvad (Misir)

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər