Paris-2024: Azərbaycan badmintonçusu məğlubiyyətlə başladı

Paris-2024: Azərbaycan badmintonçusu məğlubiyyətlə başladı

Bu gün Azərbaycanın badminton millisinin üzvü Keişa Fatimə Zəhra Paris-2024 Yay Olimpiya Oyunlarında ilk matçına çıxıb.

Fanat.Az xəbər verir ki, milliləşdirilmiş indoneziyalı legionerin ilk rəqibi  He Bin Çzyao (Çin) olub. 

H qrupunda keçirilən bu matç Çin idmançısının böyük üstünlüyü ilə keçib. He Bin Çzyao hər iki setdə inamlı qələbə qazanıb (21:8, 21:7).

Qeyd edək ki, hər qrupda üç idmançı yarışır. Növbəti mərhələyə yalnız qrup qalibi çıxır. Bu məğlubiyyətlə Azərbaycan badmintonçusunun qrupdan çıxmaq şansı xeyli çətinləşib.

Keişa Fatima Zəhra növbəti görüşünü iyulun 29-da Böyük Britaniya təmsilçisi Kristi Gilmoura qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər