Paris-2024: Argentina Mərakeşə, Ukrayna İraqa uduzdu

Paris-2024: Argentina Mərakeşə, Ukrayna İraqa uduzdu

Dünən Fransanın paytaxtı Parisdə 2024-cü il Yay Olimpiya Oyunları başlayıb.

Fanat.Az xəbər verir ki, turnirin rəsmi açılış mərasimi sabaha təyin edilsə də, iyulun 25-də  2 idman növündə yarışlar start götürüb.

Futbol yarışlarında 8 görüş reallaşıb. Argentina Mərakeşə, Özbəkistan İspaniyaya, Ukrayna İraqa, ABŞ Fransaya, Qvineya Yeni Zellandiyaya məğlub olub. Yaponiya millisi Paraqvayı darmadağın edib. Misir Dominikan Respublikası ilə, Mali isə İsraillə heç-heçəyə razılaşıb. 

Həmçinin bu gün reqbi üzrə 7 oyun da olub.

Paris-2024, futbol yarışları

A qrupu

Qvineya - Yeni Zellandiya - 1:2

Fransa - ABŞ - 3:0

Xallar: Fransa - 3, Yeni Zellandiya - 3, Qvineya - 0, ABŞ - 0

 

B qrupu

Argentina - Mərakeş - 1:2

İraq - Ukrayna - 2:1

Xallar: İraq - 3, Mərakeş - 3, Argentina - 0, Ukrayna - 0

 

C qrupu

Özbəkistan - İspaniya - 1:2

Misir - Dominikan Respublikası - 0:0

Xallar: İspaniya - 3, Misir - 1, Dominikan Respublikası - 1, Özbəkistan - 0

 

D qrupu

Yaponiya - Paraqvay - 5:0

Mali - İsrail - 1:1

Xallar: Yaponiya - 3, İsrail - 1, Mali - 1, Paraqvay - 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər