Pandemiya AFFA-nı "vurdu"

Pandemiya AFFA-nı "vurdu"
AFFA ötən ildən etibarən Tovuz şəhər stadionunda aparılan tikinti və yenidənqurma layihəsini yarımçıq dayandırıb.
Bu barədə Sportinfo.az-a "Turan" azarkeşləri məlumat verib.
Redaksiyamıza telefon açan yerli futbolsevərlər bildirib ki, artıq bir neçə aydır işlərə ara verilib. Arenada planlaşdırılan təmir-tikintinin əsas hissəsi başa çatsa da, təhvil-təslimin nə vaxt olacağı məlum deyil.
Onların dediyinə görə, bu məsələ ilə bağlı "Turan" rəhbərliyi ilə əlaqə saxlayıblar. Onlara problemin AFFA-nın maliyyə çatışmazlığı ilə üzləşməsi səbəbindən yarandığı söylənilib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər