AZAL "Neftçi" ilə matça tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Vaqif Sadıqov XXVI turun oyununda Oskar Klavanın xidmətindən yararlana bilməyəcək.
Belə ki, latviyalı legioner cəzalı duruma düşüb. Klava "Simurq"la matçın 70-ci dəqiqəsind qeyri-idman hərəkətinə görə mövsümün 8-ci "sarı"sını alıb və vərəqə limtini doldurub.
Qeyd edək ki, Klava mövsüm ərzində ikinci dəfə cəzalı duruma düşüb. XIII turun "Qarabağ"la matçını bu səbəbdən buraxan latviyalı ondan sonra "Rəvan", "Simurq" və "İnter"lə görüşlərdə sarı vərəqə almışdı.
Fanat.az