Olimpiya və dünya çempionları Bakıya gəlir

Olimpiya və dünya çempionları Bakıya gəlir

Gürcüstan cüdo yığmasının Bakı "Böyük Dəbilqə"si üçün ilkin heyəti məlum olub.

Fanat.Az xəbər verir ki, qonşu ölkə millisi yarış üçün 6 kişi cüdoçu sifariş edib. 60 kq-da Luxumi Çxvimiani (dünya və Avropa çempionu) və Jaba Papinaşvili, 66 kq-da Vaja Marqvelaşvili (Tokio 2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu), 73 kq-da Beka Şavdatuaşvili, 90 kq-da Laşa Bekauri (Tokio 2020-nin çempionu) və +100 kq-da Quram Tuşişvilinin (Tokio 2020-nin gümüş mükafatçısı, dünya və Avropa çempionu) Bakıya gəlməsi planlaşdırılır

Ümumilikdə bu günədək turnirdə iştirak üçün qeydiyyatdan keçən ölkələrin sayı 11-dir. 

Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si Zəfər Günü öncəsi - 5-7 noyabrda keçiriləcək.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər