Olimpiya Komitəsinin prezidenti Bakıya gəldi - FOTO

Olimpiya Komitəsinin prezidenti Bakıya gəldi - FOTO

Beynəlxalq Olimpiya Komitəsinin üzvü və Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) prezidenti Şeyx Əhməd əl-Fahad Əl-Sabah iyunun 10-da axşam saatlarında Bakıya gəlib. 

Fanat.az xəbər verir ki, Şeyx Əhməd iyunun 12-də, cümə günü keçiriləcək Açılış Mərasimində iştirak edəcək və 17 gün davam edən yarışları da izləyəcək.

Qonağı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Bakı 2015 Avropa Oyunlarının protokol departamentinin rəhbəri cənab Paul Foster qarşılayıb.

Məlumat üçün bildirək ki, Bakıda keçirilən yarışlar Avropa Olimpiya Komitələrinin nəzarəti və rəhbərliyi altında Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən təşkil olunur.

Olimpiya Komitəsinin prezidenti Bakıya gəldi - FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər