Olimpiya çempionları Azərbaycanda

Olimpiya çempionları Azərbaycanda

Özbəkistan ağırlıqqaldırma millisi Azərbaycanda təlim-məşq toplanışındadır.

Fanat.Az-ın məlumatına görə, Asiya təmsilçisi bir ay Bakıda hazırlıq keçəcək.

Özbəklər ölkəmizə 14 ağırlıqqaldıranla gəliblər. Onlar arasında Ruslan Nurudinov və Əkbər Curayev də var. Nurudinov Rio-2016, Curayev isə Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibidir.

Özbəkistan millisinin Bakıda təlim-məşq toplanışı keçməsində məqsəd fevralda baş tutacaq Asiya çempionatına və yayda təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşmaqdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər