"Olimpik Marsel"in 3 futbolçusu gülləbaran edildi

"Olimpik Marsel"in 3 futbolçusu gülləbaran edildi

"Olimpik Marsel"in üç futbolçusu - Jan Onana, Faris Mumbanya və Bamo Meyte Fransa çempionatında "Havr"la səfər oyunundan (2:1) sonra silahlı hücumun qurbanı olublar.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Provence" yayıb. 

Mənbənin məlumatına görə, insident futbolçuların maşınları ilə klubun məşq mərkəzindən ayrılarkən baş verib. Hücum edən şəxslərin avtomobil oğruları olduğu güman edilir. Futbolçular soyğunçulardan uzaqlaşa bilsələr də, onlara bir neçə dəfə atəş açılıb. Güllələrdən ikisi bir avtomobilin sürücü tərəfdən qapısına, daha biri isə digər avtomobilin yük yerinə dəyib.

Polis hadisə yerindən qaça bilən cinayətkarları hələ də axtarır. İş Baş Mütəşəkkil və İxtisaslaşdırılmış Cinayətkarlıqla Mübarizə İdarəsinə (DCOS) tapşırılıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər