"Olimpik Marsel" rəhbərliyi Tudorla bağlı qərarını verdi

"Olimpik Marsel" rəhbərliyi Tudorla bağlı qərarını verdi

"Olimpik Marsel" rəhbərliyinin komandanın baş məşqçisi İqor Tudorla bağlı qərarı bəllidir.

Fanat.Az-ın "Footmercato"ya istinadən məlumatına görə, Fransa klubunun idarəçiləri ilə xorvat mütəxəssis arasında baş tutan görüş zamanı onunla əməkdaşlığa son qoyulması uyğun sayılıb.

Mənbə Tudorun artıq bu yöndə futbolçulara da məlumat verdiyini vurğulayıb. Xəbərə görə, ötən ilin yayından "Olimpik Marsel"də olan 45 yaşlı çalışdırıcı "Yuventus"un baş məşqçi postunu tuta bilər.

Qeyd edək ki, Tudorun rəhbərliyi altında Marsel təmsilçisi Liqa 1-in bürünc medallarını qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər