"Olimpiakos" Bakıya qələbə ilə gəlir

"Olimpiakos" Bakıya qələbə ilə gəlir

Futbol üzrə Yunanıstan çempionatında 7-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” da növbəti matçına çıxıb.   Pirey təmsilçisi səfərdə OFİ-ni 2:1 hesabı ilə yenib. 

40-cı dəqiqədə meydan sahibləri Andreas-Rixardos Ntoinin avtoqoluna seviniblər. Lakin 58-ci dəqiqədə Qarri Rodriges tarazlığı bərpa edib. 81-ci dəqiqədə isə Sedrik Bakambu komandasının qələbə qolunu vurub.

7 turdan sonra 14 xalı olan “Olimpiakos” 14 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

“Qarabağ” “Olimpiakos”u oktyabrın 6-da Yunanıstanda baş tutan qarşılaşmada 3:0 hesabıyla yenib. Tərəflərin ikinci dueli oktybarın 13-də Bakıda baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər