"Nyukasl"ın yeni hədəfi Emeri

"Nyukasl"ın yeni hədəfi Emeri

Baş məşqçisi Stiv Bryusla yolları ayırmağı planlaşdıran "Nyukasl"ın bu posta bir neçə namizədi var.

Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, Unay Emeri, Stiven Cerrard və Roberto Martinezin adı İngiltərə təmsilçisinə keçiddə hallanır.

Qeyd edək ki, Emeri daha əvvəl İPL-də "Arsenal"ı çalışdırıb. "Arsenal"dan qovulduqdan sonra İspaniya "Vilyarreal"ına keçən mütəxəssis UEFA Avropa Liqasının qalibi olub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər