"Nyukasl"dan daha bir bahalı transfer

"Nyukasl"dan daha bir bahalı transfer

İngiltərənin "Nyukasl" klubu "Ayaks"ın meksikalı yarımmüdafiəçisi Edson Alvaresi hədəfə alıb.

Fanat.Az xəbər verir ki, informasiya "Zona TUDN"  portalına məxsusdur. 

Mənbənin məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi "sağsağanlar"a 40 milyon avroya başa gələcək. 

Ötən mövsüm Alvares bütün turnirlərdə 41 matçda iştirak edib, 5 qol vurub və bir məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər