"Nyukasl" özünə yeni baş məşqçi tapdı

"Nyukasl" özünə yeni baş məşqçi tapdı

Unay Emeri (Unai Emery) ilə danışıqlardan müsbət nəticə əldə etməyən "Nyukasl" vaxt itirmədən baş məşqçi axtarışına başlayıb.

Fanat.Az "Talk Sport"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi yerli mütəxəssis Eddi Hau (Eddie Howe) ilə əlaqə saxlayıb.

43 yaşlı mütəxəssislə yenidən danışıqlar aparılacaq. Növbəti oyununa baş məşqçisiz çıxmaq istəməyən "Nyukasl" Hau ilə tezliklə görüşməyi planlaşdırır. 

Mənbə, ingilis çalışdırıcının razılaşmağa hazır olduğunu yazıb.

Xatırladaq ki, "Nyukasl" rəhbərliyi komandanın uğursuz çıxışları səbəbi ilə 2 həftə öncə Stiv Brüsü baş məşqçi postundan gğndərib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər