"Nyukasl" yeni transferini açıqladı - VİDEO

"Nyukasl" yeni transferini açıqladı - VİDEO

Avstraliyalı gənc ulduz Qaranq Kuol İngiltərə Premyer Liqa təmsilçisi ilə müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, "Nyukasl" 18 yaşlı futbolçu ilə anlaşdığını rəsmən elan edib.

Transfer yanvarda baş tutacaq. Kuol yanvarın 1-ə qədər hazırki klubunda qalacaq. Daha sonra isə 5 illik müqavilə imzaladığı Premyer Liqa klubuna qoşulacaq. O, ən çox qazanan avstraliyalı futbolçularından birinə çevriləcək. "Nyukasl" onun hazırkı klubu "Mariners"ə 500 min dollar transfer haqqı ödəyib. 

"Age" isə Kuolun Böyük Britaniyada avtomatik iş icazəsi almaq hüququna malik olmadığını və bu səbəbdən yanvar ayında Portuqaliya klublarından birinə icarəyə göndəriləcəyini idda edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər