"Nyukasl" Mozambikdən olan məşqçi ilə anlaşdı

"Nyukasl" Mozambikdən olan məşqçi ilə anlaşdı

Stiv Bryusu baş məşqçi postundan göndərən "Nyukasl" yeni çalışdırıcı axtarışına çıxıb. 

Fanat.Az xəbər verir ki, məlumatı futbol innsayderi Fabritsio Romano "Twitter" səhifəsi üzərindən yayıb.

Tanınmış jurnalist ingilis klubunun "Roma"nın sabiq baş məşqçisi Paulo Fonseka ilə razılığa gəldiyini bildirib. 48 yaşlı mütəxəssis təklifi qəbul etmək niyyətindədir. 

Qeyd edək ki, Paulo Fonseka 1973-cü ildə Nampulada, Portuqaliya Mozambikində (Şərqi Afrika) anadan olub.

Xatırladaq ki, hazırda 3 xala sahib "Nyukasl" İPL-də 19-cu pillədə qərarlaşıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər