Yeni ərəb sahibləri "Nyukasl" klubunda dəyişikliklərə davam edir.
Gənc ingilis mütəxəssis Eddi Haunu (Eddie Howe) baş məşqçi olaraq təyin olunan Premyer Liqa təmsilçisinə indi də yeni idman direktoru axtarılır.
Fanat.Az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, artıq "Ayak"sın idman direktoru, sabiq "Arsenal"lı Mark Overmarsla danışıqlara start verilib. Amma "Ayaks"ın uğurlarında payın olan Overmarsı Niderland klubu buraxmaq istəmir.
Xatırladaq ki, Mark Overmars 1997-2000 - ci illərdə ingiltərənin "Arsenal" klubunda çıxış edib.
Emin