Nkunku rəsmən "Milan"da - "Çelsi" nə qədər qazandı?

Nkunku rəsmən "Milan"da - "Çelsi" nə qədər qazandı?

"Milan" rəsmi saytı vasitəsi ilə "Çelsi"nin hücumçusu Kristofer Nkunkunu heyətinə qatdığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, fransalı futbolçu müddəti 2030-cu ilin yayına qədər olan müqaviləyə imza atıb.

O, yeni komandasında 18 nömrəli forma ilə oynayacaq.

Tanınmış jurnalist Ben Ceykobs isə keçidin "qırmızı-qaralar"a 35 milyon avroya başa gəldiyini vurğulayıb. Ceykobs London klubunun bu satışdan müxtəlif bonuslar şəklində daha 5 milyon avro qazana biləcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, 27 yaşlı Nkunku 2023-cü ildən "Çelsi"də çıxış edirdi. O vaxtdan bəri "zadəganlar"ın forması ilə 62 matça çıxan Kristofer 18 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər