Neymar PSJ-ni MLS-ə dəyişir

Neymar PSJ-ni MLS-ə dəyişir

2025-ci ilinyayına qədər müqavilə ilə PSJ-yə məxsus olan braziliyalı ulduz Neymar gələcəkdə hansı çempionatda oynamaq istədiyi barədə açıqlama verib.

Fanat.Az xəbər verir ki, qatıldığı proqramların birində gələcəyi ilə bağlı planlarına toxunan Neymar karyerasının bir nöqtəsində MLS-də oynamağı arzuladığını vurğulayıb:

“Mən ən azı bir mövsüm ABŞ-da oynamaq istəyirəm. Qısa çempionatdır, üç-dörd ay məzuniyyətdə olursunuz. Mən orada uzun illər oynaya bilərdim".

Qeyd edək ki, 30 yaşlı braziliyalı 2017-ci ildən Fransa klubunda çıxış edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər