Nesta "Milan"ın ÇL-dən kənarda qalmasının günahkarlarını açıqladı

Nesta "Milan"ın ÇL-dən kənarda qalmasının günahkarlarını açıqladı

"Milan"ın canlı əfsanəsi Alessandro Nesta İtaliya A Seriyasındakı mübarizəni turnir cədvəlinin 5-ci pilləsində başa vuran komandanın Çempionlar Liqasına vəsiqə qazanan bilməməsinin səbəbkarlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış jurnalist və insayder Nikolo Skira şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Son mövsümdə qəzaya uğradığımızı düşünmürəm. "Milan"ın möhkəm bazası, yaxşı potensialı var. Komanda beşinci yeri tutduğuna görə Massimiliano Alleqri və futbolçular cavabdehlik daşıyır. Əsl problem isə daxili çəkişmələrdir. Bundan başqa, "Milan"ın əla mərkəz hücumçusu da yoxdur".

Xatırladaq ki, "qırmızı-qaralar" artıq Alleqri ilə əməkdaşlığa son qoyub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər