Nərgiz İsmayılova avrokubokun finalına təyinat aldı

Nərgiz İsmayılova avrokubokun finalına təyinat aldı

Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova kişi voleybolçular arasında “Çağırış Kuboku”nun final oyununa təyinat alıb.

Fanat.Az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Yunanıstanın “Olimpiakos” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçiriləcək finalın cavab matçında supervayzer funksiyasını yerinə yetirəcək.

Bu gün Yunanıstanda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. İlk dueldə “Olimpiakos” 3:0 hesablı qələbə qazanıb.

CEV-in bu matç üçün təyinatına əsasən, İsmayılova görüşün hakimləri serbiyalı Predraq Balandziç və polşalı Maqdalena Nivarovskanın işinə qiymət verəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər