“Neftçi”nin oyununa bu biletlərin hamısı satıldı - Yalnız bir sektor qalıb

“Neftçi”nin oyununa bu biletlərin hamısı satıldı - Yalnız bir sektor qalıb

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində avqustun 3-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” matçı üçün “Iticket.az”da biletlərin hamısı satılıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yalnız 1A sektoru üçün oyun günü bilet əldə etmək mümkün olacaq. Qiyməti 3 AZN olan biletlər saat 10:00-dan etibarən 8-ci km stadionunun kassalarında satışda olacaq.

Xatırladaq ki, bu komandalar arasında Sarayevoda keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 2:2. Bakıdakı cavab qarşılaşması saat 21:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər