Futbol üzrə Azərbaycan I Divizionunda 22-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, bu gün üç görüş keçirilib.
"Neftçi"nin əvəzediciləri "Turan Tovuz"u böyük hesabla məğlub edib ki, sonuncu - 3-cü qolu əsas komandanın üzvü Mirabdulla Abbasov vurub. "Qəbələ-2" ilə "Sabah-2" hərəyə 1 qol vurub 1 xal qazanıblar. "Sumqayıt-2" isə "Zirə-2"ni minimal hesabla üstələyib. 18 aprel
“Neftçi-2” – “Turan Tovuz” 3:0 Qollar: Xaqani Sadıxov, 19, Seymur Əliyev, 55, Mirabdulla Abbasov, 90+4 Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Taleh Məmmədov, Rövşən Rəcəbov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Eldəniz Musayev Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 16:00
“Qəbələ-2” – “Sabah-2” 1:1 Qollar: Hüseyn Mürsəlov, 45+3, Kamran Quliyev, 88-pen. Hakimlər: Tural Qurbanov, Şirmamed Mamedov, Asiman Əzizli, Elvin Bayramov Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Erkin Hüseynov Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00 (pfl.az/canlı)
“Sumqayıt-2” – “Zirə-2” 2:1 Qollar: İbrahim Əliyev, 29, Nəbi Məmmədov, 63 - Məhəmməd Səfərov, 8 Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Elmin Süleymanov, Emin Əliyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Elgiz Abbasov “Kapital Bank Arena” (ehtiyat meydança), 16:00 (pfl.az/canlı)
Turun qalan oyunları sabah keçiriləcək: 19 aprel
“Qarabağ-2” – MOİK Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Ruslan Quliyev, Cavid Cəlilov Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Elman Musayev Binə qəsəbə stadionu, 16:00
“Qaradağ Lökbatan” – “Zaqatala” Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Tərlan Talıbzadə, Səbuhi Bayramov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Rüfət Əmirov Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00 (pfl.az/canlı)
“Kəpəz” – “Səbail-2” Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Elman Kərimov, Namiq Bəkirov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Asif Əliyev Gəncə şəhər stadionu, 16:00 (pfl.az/canlı)