"Neftçi" və "Murov"dan qələbə

"Neftçi" və "Murov"dan qələbə

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrəyə start verilib.

Fanat.Az xəbər verir ki, XI turun hər iki oyunu eyni gündə baş tutub.

“Murov” klubunun idman zalında gerçəkləşən görüşlərdə "Neftçi" "Ekspress"ə 3:0 (13:25, 7:25, 13:25), "Murov" isə "Sərhədçi"yə 3:1 (25:11, 23:25, 25:13, 25:15) hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra xallarını 23-ə çatdıran "Murov" liderliyini davam etdirir. 22 xalı olan "Neftçi" ikincidir. MOİK 15 xalla üçüncü, "Ekspress" 6 xalla dördüncüdür. Xalı olmayan "Sərhədçi" isə sonuncu sırada qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər