"Neftçi" "Jelezniçar" səddini keçsə... - "Beşiktaş" yenə Bakıya gələ bilər

"Neftçi" "Jelezniçar" səddini keçsə... - "Beşiktaş" yenə Bakıya gələ bilər

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksələcəyi halda qarşılaşacağı potensial rəqiblər müəyyənləşib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi növbəti mərhələdə 7 komandadan biri ilə qarşılaşacaq.

Söhbət bu yay "Sabah"la yoldaşlıq görüşü üçün Bakıya gələn, II mərhələdə "Tirana" (Albaniya) ilə qarşılaşacaq "Beşiktaş" (Türkiyə), həmçinin, "Alkmaar" (Niderland), eləcə də PAOK (Yunanıstan) - "Beytar" (İsrail) və "Kelje" (Slovaniya) - "Vitoriya" (Portuqaliya) cütlərinin qaliblərindən gedir.

Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü bu gün atılacaq.   Qeyd edək ki, "Neftçi" ilə "Jelezniçar" (Bosniya və Herseqovina) arasında ilk oyun iyulun 27-si Bakı vaxtı ilə saat 23:00-da “Qrbavitsa” stadionunda, cavab görüşü isə avqustun 3-ü saat 21:00-da 8-ci km stadionunda keçiriləcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər