"Nant" erməni futbolçusunu Bakıya gətirməyəcək

"Nant" erməni futbolçusunu Bakıya gətirməyəcək

Fransanın "Nant" klubunun erməni əsilli futbolçusu Qor Manvelyan "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarından birini buraxacaq.

Fanat.Az xəbər verir ki, bu barədə "armradio" məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı yarımmüdafiəçi "köhlən atlar"la matç üçün Azərbaycana gəlməyəcək.

Qeyd edək ki, Qor Manvelyan Fransanın U-17 və U-19 yığmalarında çıxış edib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər