Mxitaryan "Roma"dan "Kayrat"a keçəcək

Mxitaryan "Roma"dan "Kayrat"a keçəcək

İtaliyanın "Roma" klubu futbolçusu Henrix Mxitaryanla yolları ayıracaq.

Fanat.Az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.

"Canavarlar" yüksək maaş ödəməmək üçün erməni oyunçu ilə vidaşmağı düşünür. Paytaxt təmsilçisi Mxitaryana illinə 3 milyon avro ödəmək istəmir və onun yerinə yeni futbolçu axtarır.

Qazaxıstanın "Vesti.Kz" saytı isə erməni oyunçunun "Kayrat"a keçəcəyini yazır.

Xatırladaq ki, Henrix Mxitaryan "Roma"da 2019-cu ildən çıxış edir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər