Mövsüm başladı - "Neftçi" MOİK-ə uduzdu

Mövsüm başladı - "Neftçi" MOİK-ə uduzdu

Voleybol üzrə Azərbaycan çempionatlarında 2021/2022 mövsümünə start verilib.

Fanat.Az xəbər verir ki, qadınlar arasında Super Liqanın ilk turunun açılış matçında "Murov" və "Abşeron" komandaları üz-üzə gəlib. Görüş qonaqların inamlı qələbəsi ilə yekunlaşıb.

Ardınca kişi voleybolçular arasında Yüksək Liqada mübarizə start götürüb. I turun ilk oyununda MOİK “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, hər iki qarşılaşma “Murov”un Biləcəridəki zalında baş tutub. Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejiminə uyğun olaraq oyunlar azarkeşsiz təşkil edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər