Rusiyalı mütəxəssis Murad Musayevin baş məşqçi təyinatından sonra uğurlu çıxıpş etməyə başlayan "Sabah"ın qış hazırlığı üçün ilkin planı bəllidir.
Fanat.Az-ın klubun mətbuat katibi Elnur Həmidovdan aldığı məlumata görə, paytaxt təmsilçisi mövsümün ikinci yarısına Türkiyədə hazırlaşacaq.
Artıq səfər qrafiki də məlumdur: "Komanda hazırlıqlara yanvarın 6-da Bakıda başlayacaq. Bir həftəlik qısa tsiklin ardından Türkiyədə təlim-məşq toplanışı planlaşdırılır. Yanvarın 12-26-sı aralığında Antalya şəhərində toplanış nəzərdə tutulub. Hazırlıq çərçivəsində 3 yoxlama görüşünün keçirilməsi gözlənilsə də, rəqiblərin kimliyi hələ dəqiqləşməyib".
Qeyd edək ki, bundan əvvəl "Qarabağ" və "Neftçi"nin qış hazırlıq planı açıqlanmışdı. Premyer Liqanın hazırki lideri ilə son çempion da Türkiyəyə yollanacaq.
Mirağa