Mudrik "Tottenhem"də qalsa, London klubu 75 milyon funt ödəyəcək

Mudrik "Tottenhem"də qalsa, London klubu 75 milyon funt ödəyəcək

"Tottenhem" "Çelsi"dən icarəyə götürdüyü Mixailo Mudriklə bağlı qərarını verib.

Fanat.Az xəbər verir ki, Şimali London təmsilçisi ukraynalı vinger mövsüm ərzində gözləntiləri doğruldacağı təqdirdə, onun müqaviləsindəki 75 milyon funt-sterlinqlik satınalma bəndini aktivləşdirməyə hazırdır.

Rəhbərliyin futbolçunun daimi transferi üçün bu məbləği ödəməkdə tərəddüd etməyəcəyi bildirilir.

Qeyd edək ki, 25 yaşlı ukraynalı futbolçu "Çelsi"də çıxış etdiyi dövr ərzində bütün turnirlərdə 73 rəsmi matçda forma geyinib, 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər