MPL: "Turan Tovuz" "Sumqayıt"ı, "Zirə" "Sabah"ı yendi

MPL: "Turan Tovuz" "Sumqayıt"ı, "Zirə" "Sabah"ı yendi

Bu gün Misli Premyer Liqasında 2-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Turan "Tovuz" "Sumqayıt"ı qəbul edib. Saat 18:45-də başlayan qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. 

Turun son qarşılaşmasında Konfrans Liqasında mübarizələrini davam etdirən "Sabah" və "Zirə" üz-üzə gəlib. Oyuna saat 21:00-da start verilib. "Qartallar" Masazırda 2 cavabsız qol vuraraq inamlı qələbə qazanıblar.

Misli Premyer Liqası 

2-ci tur

11 avqust 

"Turan Tovuz" – "Sumqayıt" 1:0 

Qol: Xəyal Nəcəfov, 34. Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə Tovuz şəhər stadionu

"Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con

Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 7. İsmayıl Zülfüqarlı, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi, 11. Ayxan Quseynov, 21. Aleks Souza

Baş məşqçi: Kurban Berdiyev

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 3. Slaviça Radoviç, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala, 60. Tresor Mossi

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 11. Fernando Da Silva

Baş məşqçi: Samir Abasov

 “Sabah”– “Zirə” 0:2 

Qollar: Utziq, 50pen. Suma, 52 Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

“Bank Respublika Arena”

"Sabah": 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Pavol Safranko, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 21. İldar Alekperov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 20. Coy Lens Mikels

Baş məşqç: Krunoslav Renduliç

"Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka (k), 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 32. Qismət Alıyev, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 70. İssa Cibrila, 18. Martins Junior

Baş məşqçi: Rəşad Sadıqov Turun digər görüşlərinin nəticələri: 10 avqust (şənbə)

“Səbail” – “Neftçi” - 1:1  “Araz-Naxçıvan” – “Şamaxı” - 1:0 

9 avqust (cümə)

“Qarabağ” – “Kəpəz” - 3:0

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər