"Tottenhem"in hücumçusu Harri Keyn Premyer Liqanın 37-ci turu çərçivəsində "Lester"lə oynanılan matç (3:0) haqqında fikirlərini bölüşüb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Keyn komandanın artıq baş məşqçi Joze Mourinyunun oyun anlayışını mənimsədiyini bildirib:
"Tottenhem"də öz izini qoymaq Joze Mourinyu üçün çətin oldu. Amma o bacardı. Son üç oyunda bunu görə bilərsiniz.
"Lester" tez-tez qol vurduğum komandalardan biridi. İrəli çıxdıq və oyunun nəzarətini ələ keçirdik. Qol buraxmamağımız əla oldu.
İkinci qolum? Zərbə vurmaq üçün münasib mövqe axtarırdım. Bəzən belə anlarda top qapının yanından keçir, bəzən isə yox. Bu səfər şanslı idim".
37 turdan sonra 58 xal toplayan "Tottenhem" turnir cədvəlində 6-cı sırada qərarlaşıb. Mourinyunun yetirmələri son turda "Kristal Pelas"la qarşılaşacaq.
Fanat.Az