Mourinyu "Roma"dan qovulacaq - Klub prezidenti vaxt verib

Mourinyu "Roma"dan qovulacaq - Klub prezidenti vaxt verib

"Roma"nın sahibi və prezidenti Dan Fridkin A Seriyasının "Kalyari" ilə səfər matçında pis nəticə göstərəcəyi təqdirdə Joze Mourinyonu istefaya göndərməyi düşünür.

Fanat.Az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. 

Mənbə bildirib ki, klubun amerikalı sahibi hələ sentyabrın 28-də "Cenoa" tərəfindən darmadağın edildikdən (1:4) sonra portuqaliyalı mütəxəssisi  postundan uzaqlaşdırmağa hazır olsa da, sonradan portuqaliyalı idman direktoru Tiaqu Pintu prezidenti fikrindən daşındırıb.

Son iki həftə ərzində “Roma” öz meydanında iki inamlı qələbə qazanıb: çempionatda “Frozinone” (2:0), Avropa Liqasında isə “Servette” üzərində (4:0). Lakin işdən çıxarılma baxımından "Damokl qılıncı" 60 yaşlı Jozenin başı üzərində asılmaqda davam edir.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər