Mourinyu İsveçrə millisinin üzvünü "Roma"ya aparır

Mourinyu İsveçrə millisinin üzvünü "Roma"ya aparır

"Atalanta"nın yarımmüdafiəçisi Remo Froyler "Roma"ya keçə bilər.

Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi Berqamo klubuyla olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq futbolçunu gələn ay heyətə qatmaqda maraqlıdır.

Mənbə "canavarlar"ın çalışdırıcısı Joze Mourinyunun şəxsən komandasında görmək istədiyi İsveçrə millisinin üzvünə görə qarşı tərəfə 10 milyon avro təkli ediləcəyini vurğulayıb.

Bu mövsüm A Seriyasında 13 matça çıxan və 1 qolla yadda qalan Froyler UEFA Çempionlar Liqasının qrup mərhələsində 6 oyunda forma geyinib, 1 məhsuldar ötürmə müəllifi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər