Motta "İnter"lə 4:4 hesablı heç-heçəni dəyərləndirdi

Motta "İnter"lə 4:4 hesablı heç-heçəni dəyərləndirdi

İtaliya A Seriyasının 9-cu turunda səfərdə "İnter"lə 4:4 hesablı heç-heçə edən "Yuventus"un baş məşqçisi Tyaqo Motta oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, Turin klubunun rəsmi saytı onun sözlərini belə çatdırıb:

"Qarşılaşma yetərincə mürəkkəb alındı. Amma rəqib 4-cü qolu vurandan sonra da oyundan qopmadıq. Oyunda hamısı yaxşı sayılmayan o qədər çox şey baş verdi ki, hamısını dəqiq təhlil etməliyik. 

Bütün komponentlərdə "artıra" bilərik. Məsələn, bu gün 4 qol buraxdıq. Təbii ki, 4 qol müdafiədəki problemlərdən xəbər verir. Amma digər tərəfdən, hücumda təhlükəliydik. Açıq oyun gedirdi. Bəzi futbolçularımızın uğurlu çıxışını vurğulamalıyam. Sol cinahda Kanseysau və Kambyasso xoş təsir bağışladılar. Eləcə də Makkenni özünü yaxşı tərəfdən göstərdi. Bizə müdafiə planında fayda verə biləcək futbolçularımız da az deyil. Hər şey kimin hansı formada olmasından asılıdır".

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər