Monteneqro - Azərbaycan oyunu bu stadionda keçiriləcək

Monteneqro - Azərbaycan oyunu bu stadionda keçiriləcək
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Monteneqronun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib. 
Fanat.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayb.
 
Xəbərə görə, oktyabrın 10-da keçiriləcək görüş "Podgorica City Stadium"da baş tutacaq.
Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. Komanda C Liqasının 1-ci qrupunda Kipr yığması ilə də qarşılaşacaq. Monteneqronun turnirdəki ilk iki matçı səfərdə olacaq. 
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər