MOİK-də zədə sindromu - Yadullayev 4 futbolçunun xidmətindən məhrumdur

MOİK-də zədə sindromu - Yadullayev 4 futbolçunun xidmətindən məhrumdur

1-ci Liqa təmsilçisi MOİK-in bir neçə futbolçusu zədəlidir. 

Fanat.Az-a klubdan verilən məlumata görə, sıraya dönən hücumçu Kamran Quliyev 2-ci turda "Şimal"a qarşı keçirilən oyunda (1:1) iştirak edibsə, hələ 4 futbolçu kənardadır.

Müdafiəçi Yusif Nəbiyevin, yarımmüdafiəçi Ceyhun Muxtarlının zədəli olduğu öncədən bəlli idisə, nigeriyalı vinger Kanu Uda və "Araz-Naxçıvan"dan 1 mövsümlük icarəyə götürülən kolumbiyalı yarımmüdafiəçi Alexandro Herrera da aldıqları xəsarətlər səbəbindən çalışmalara qatılmırlar.

Xatırladaq ki, İlham Yadullayevin çalışdırdığı MOİK ilk 2 turda 1 xal qazana bilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər