Mohammed Salah: "Roma" fanatlarını sevirəm"

Mohammed Salah: "Roma" fanatlarını sevirəm"

"Roma”yla ilk oyun olduqca emosianal alınacaq. Əminəm!”.

 

 

Fanat.Az xəbər verir ki, bu sözləri "Liverpul”un misirli hücumçusu Mohammed Salah deyib.

 

 

Çempionlar Liqasının yarımfinalında İtaliya təmsilçisi ilə üz-üzə gələcək "qırmızılar”ın bombardiri daha öncə şərəfini qoruduğu "canavarlar”la keçirəcəkləri matçlardan danışıb: "Orda iki il oynamışam. Xoşbəxtiydim! Fanatlarla da yaxşı münasibət qurmuşduq. Romaya yenidən səfər etmək xoş olacaq. Çünki mən fanatları, onlar da məni sevirlər. Qələbəyə ümidliyəm. Buna baxmayaraq "Roma”ya hər şeyin ən yaxşısını arzulayıram”.

Tərəflər arasında ilk oyun aprelin 24-də İngiltərədə, cavab qarşılaşması isə mayın 5-də Romada baş tutacaq.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər