Modriç "Tottenhem"ə qayıdacaq ? - ÖZÜ DEDİ

Modriç "Tottenhem"ə qayıdacaq ? - ÖZÜ DEDİ
"Real"ın yarımmüdafiəçisi Luka Modriç "Real"dan sonra "Tottenhem"ə qayıdacağı ilə bağlı yayılan informasiyalara reaksiya verib.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" xorvat futbolçunun sözlərini belə çatdırıb:
"Hələ bir il burda olacağım dəqiqdi, müqaviləm var. Sonrasını zaman göstərəcək. Daha bir neçə il oynaya biləcəyimi düşünürəm. Hərçənd "Tottenhem"ə dönmək üçün çox qocayam. İndi "Real"ın oyunlarına köklənmişəm və kareyramın sonrakı səhifələri haqda dərindən düşünmürəm".
Modriç "Real"a 2012-ci ildə "Tottenhem"dən transfer olunub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər