MLS-dən Premyer Liqaya 16 milyonluq transfer

MLS-dən Premyer Liqaya 16 milyonluq transfer

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi Kolumbiya millisinin və ABŞ-ın “Çikaqo Fayr” klubunun hücumçusu Con Duranı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı forvardın transfer üçün ABŞ klubuna 16.64 milyon avro ödənilib.

Duran “Enviqado”nun yetirməsidir. O, 2022-ci ilin yanvarında 1.7 milyon avroya transfer edildiyi “Çikaqo Fayr”da 28 oyuna çıxıb. O, Kolumbiyanın əsas yığmasında da 3 oyun keçirib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər