MLS-də ən çox məvacib alan futbolçuların adları bəlli oldu

MLS-də ən çox məvacib alan futbolçuların adları bəlli oldu
ABŞ-ın MLS liqasında ən çox maaş alan futbolçuların adları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu haqda yarışın rəsmi saytında məlumat yerləşdirilib. Siyahının ilk pilləsində "Los-Anceles"in hücumçusu Karlos Vela qərarlaşıb. 32 yaşlı meksikalı oyunçunun illik məvacibi 6,3 milyon ABŞ dollarıdır.
"Los-Anceles Qelaksi"də çıxış edən Xavyer Ernandes (6 milyon dollar) ikinci, "İnter Mayami"də oynayan Qonsalo İquain (5,79 milyon dollar) isə üçüncü sırada yer alıb.
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər