MLS çempionunu holland çalışdıracaq - RƏSMİ

MLS çempionunu holland çalışdıracaq - RƏSMİ

Daha bir avropalı MLS klubunu çalışdıracaq.

Fanat.Az xəbər verir ki, Frank de Bur "Atlanta Yunayted”ə baş məşqçi təyin edilib. İnformasiyanı Corciya təmsilçisi özü yayıb. ABŞ klubu holland çalışdırıcı ilə bir neçə illik müqavilə imzalandığını açıqlasa da, dəqiq müddət haqda məlumat verilməyib.

De Bur son olaraq 2017/18 mövsümündə "Kristal Pelas”ı çalışdırmış, İngiltərə Premyer Liqasının ilk 7 turunda 7 yenilgi alaraq qovulmuşdu.

Qeyd edək ki, "Atlanta Yunayted” bu mövsüm MLS çempionu olub.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər